StechSchool: uşaqlar üçün STEAM təhsili
Biz 6–18 yaşlı uşaqlara proqramlaşdırma, robototexnika, elektronika, kibertəhlükəsizlik və süni intellekt sahələrini praktiki layihələrlə öyrədirik.
Missiyamız
Uşaqların texnologiyanın yalnız istifadəçisi yox, yaradıcısı olmasını istəyirik. Kod yazmaq, Arduino ilə dövrə qurmaq, robot hərəkət etdirmək və ya kibertəhlükəsizliyin əsaslarını öyrənmək onlara məntiqi düşünməyi, problemi hissələrə bölməyi və komandada işləməyi öyrədir.
Tədris yanaşmamız
Praktika ilə öyrənmə
Hər dərs real layihə üzərində qurulur: şagird kod yazır, dövrə qurur, robot proqramlaşdırır.
Yaşa uyğun səviyyə
6–18 yaş aralığında kurslar başlanğıcdan qabaqcıl səviyyəyə qədər yaşa və biliyə görə seçilir.
Valideynlə şəffaflıq
Davamiyyət, tapşırıq nəticələri və müəllim qeydləri Valideyn Panelində valideynə açıqdır.
Ödənişsiz başlanğıc
Qərar verməzdən əvvəl övladınız ödənişsiz sınaq dərsində iştirak edib müəllimlə tanış ola bilər.
Tədris istiqamətləri
Komandamız
Övladınızı bizimlə tanış edin
Ödənişsiz sınaq dərsinə yazılın və ən uyğun istiqaməti birlikdə seçək.
Ödənişsiz sınaq dərsinə yazıl




