Valideyn Paneli: şagirdin inkişafını real vaxtda izləyin
StechSchool tələbəsinin valideyni olaraq övladınızın davamiyyətini, tapşırıq nəticələrini və müəllim qeydlərini telefonunuzdan və ya kompüterinizdən izləyə bilərsiniz.
Panelda nələri görə bilərsiniz?
Dərs davamiyyəti
Övladınızın hansı dərsdə iştirak etdiyini, hansında olmadığını dərsdən sonra dərhal görürsünüz.
Tapşırıq nəticələri
Ev tapşırıqlarının qiymətlərini və müəllimin hər tapşırıq üzrə qeydlərini bir yerdə izləyin.
Müəllim qeydləri
Şagirdin inkişafı barədə müəllimin rəylərini və tövsiyələrini oxuyun.
Ödəniş bildirişləri
Hər 8 dərsdən sonra növbəti ödəniş dövrü açılanda sizə bildiriş gəlir, ödəniş statusunu panelda görürsünüz.
Panelə necə daxil olmaq olar?
Valideyn hesabını məktəbin administrasiyası övladınızın qeydiyyatı zamanı yaradır. Giriş məlumatlarını aldıqdan sonra Giriş səhifəsindən panelə daxil olursunuz. Hələ tələbəmiz deyilsinizsə, əvvəlcə ödənişsiz sınaq dərsinə yazılın.
